Bu gün Azərbaycanın energetika naziri
“Report”un Ukraynanın Azərbaycandakı Səfirliyinə istinadən verdiyi məlumata görə, görüş zamanı Ukrayna və Azərbaycan arasında energetika sahəsində, həmçinin nazirlər səviyyəsində ikitərəfli əməkdaşlığın hazırki durumu və gələcək perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın enerji komponentinin, Azərbaycan neftinin Ukrayna ehtiyacları üçün tədarükünün bərpası, həmçinin enerji nəqli layihələrinin həyata keçirilməsi üçün birgə səylərin əhəmiyyəti vurğulanıb.
Bundan başqa, tərəflər 2019-cu ildə XII İqtisadi Əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasının keçirilməsi ilə bağlı hazırlıq işlərinin işlərinin vəziyyəti ilə bağlı məsələləri də nəzərdən keçiriliblər.