Energetika naziri: "Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən faktordur"

Energetika naziri: "Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən faktordur" Azərbaycanda rusiyalı tərəfdaşlarla iqtisadi əməkdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılıb.
Energetika
20 Sentyabr , 2021 13:08
Energetika naziri: Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən faktordur
Pərviz Şahbazov

"Azərbaycanda rusiyalı tərəfdaşlarla iqtisadi əməkdaşlığın inkişafı üçün ən əlverişli şərait yaradılıb".

“Report”un məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ölkələrimiz arasında uğurlu əməkdaşlığın əhəmiyyətli nümunələrindən biri, Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Polymer” layihəsinin “Qazprombank” tərəfindən 10 il müddətinə 489 milyon ABŞ dolları məbləğində kreditlə həyata keçirilməsidir: “SOCAR ilə “Qazprombank” arasında zavodların tikintisinin maliyyələşdirilməsinə dair müqavilə 19 iyun 2015-ci ildə imzalanıb".

Nazir hesab edir ki, Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən əsas faktordur.

Xatırladaq ki, "SOCAR Polymer" zavodunda polietilen və polipropilen istehsal edilir. “SOCAR Polymer" layihəsinə illik istehsal gücü 184 min ton olan Polipropilen zavodu və illik istehsalı 120 min ton təşkil edən Yüksəksıxlıqlı Polietilen zavodu daxildir. Polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin ilin oktyabrın 5-dən isə polipropilenin ixracına başlanılıb.

Son xəbərlər

Orphus sistemi