Elşad Nəsirov: "SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur"
- 01 fevral, 2016
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 fevral. REPORT.AZ/ "Hazırda SOCAR-ın heç bir ölkədən qaz almasına ehtiyacı yoxdur".
"Report" xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
Elşad Nəsirov qeyd edib ki, “AzMeCo”, “Azərenerji” və ya digər şirkətlər daha sərfəli şərtlərlə “Qazprom”dan qaz almaq istəyərlərsə, SOCAR-ın infrastrukturundan istifadə edə bilərlər.
Qeyd edək ki, SOCAR Elşad Nəsirovun fikirlərinin təhrif olunması barədə məlumat yayıb.
"Bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirova istinadən yayılmış “Azərbaycan “Azərenerji” üçün Rusiyanın “Qazprom” şirkətindən təbii qaz almağı nəzərdə tutur” məlumatı həqiqəti əks etdirmir".