Elektrik təchizatının bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvə göndərilib

Elektrik təchizatının bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvə göndərilib Cəlilabad rayonunda güclü qar elektrik təsərüfatında ciddi fəsadlar yaradıb.
Energetika
24 Yanvar , 2024 20:53
Elektrik təchizatının bərpası üçün Bakıdan Cəlilabada texnika və canlı qüvvə göndərilib

Cəlilabad rayonunda güclü qar elektrik təsərrüfatında ciddi fəsadlar yaradıb.

"Report"un Muğan bürosuna Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ötən gün axşam saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə təmizlənmə tədbirləri görülüb.

Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirilir.

Bəzi ərazilərdə elektrik və rabitə xətlərində baş verən qəzaların fəsadlarının tez bir zamanda aradan qaldırılması üçün Bakı şəhərindən rayona texnika və canlı qüvvə göndərilib. Hazırda müvafiq qurumlar tərəfindən işlər aparılır.

Son xəbərlər

Orphus sistemi