Əl-Xəfci neft yatağında hasilat dayandırılır

Əl-Xəfci neft yatağında hasilat dayandırılır Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Xəfci birgə neft yatağında hasilat işlərini dayandıracaq.
Energetika
189
18 May , 2020 12:50
Əl-Xəfci neft yatağında hasilat dayandırılır

Səudiyyə Ərəbistanı və Küveyt iyunun 1-dən etibarən neytral zonada yerləşən Əl-Xəfci birgə neft yatağında hasilat işlərini dayandıracaq.

“Report” bu barədə “S&P Global Platts”a istinadən xəbər verir.

Qeyd edək ki, 1922-ci ildə iki tərəfin razılığı ilə yaradılan bitərəf bölgədə Əl-Xəfci dəniz və Vəfrə quru neft yataqları yerləşir. Neft paylarının bölüşüdürülməsi ilə bağlı yaranmış mübahisə nəticəsində 3 il ərzində dayandırılmış hasilat bu ilin fevral ayında yenidən başlamış, aprel ayında isə 260 min barelə çatdırılmışdı. Hasilat tərəflər arasında yarıbayarı bölüşdürülür.

Xatırladaq ki, bu il aprelin 12-də OPEC+ formatının iştirakçı ölkələri arasında onlayn görüş zamanı neft bazarının sabitləşdirilməsi məsələsi müzakirə olunub və may – iyun aylarında hasilatı 9,7 milyon barel azaltmaq barədə razılığa gəlinib.

Orphus sistemi