Ekspert: "OPEC neft hasilatının bir qədər azaldılması ilə bağlı qərar qəbul edəcək"

Ekspert: "OPEC neft hasilatının bir qədər azaldılması ilə bağlı qərar qəbul edəcək" "Bu gün üç əsas neft istehsalçısının qərarları OPEC siyasətindən daha böyük rol oynayır"
Energetika
23 Noyabr , 2018 15:23
Ekspert: OPEC neft hasilatının bir qədər azaldılması ilə bağlı qərar qəbul edəcək

Bakı. 23 noyabr. REPORT.AZ/ Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) qarşıdakı görüşündə neft hasilatının azaldılmasıyla bağlı qərar qəbul ediləcəyi təqdirdə, bu fərq cüzi olacaq.

Bu barədə "Report"a "Şərq-Qərb" Beynəlxalq Əməkdaşlıq İnstitutunun Brüssel ofisinin iqtisadi təhlükəsizlik üzrə elmi işçisi Danila Boçkaryov bildirib.

"Neftin qiyməti aşağı düşməkdə davam edərsə, hasilatın azaldılması barədə qərar qəbul edilməsi mümkündür, amma bu, çətin ki, Səudiyyə Ərəbistanının təklif etdiyi kimi, böyük fərq olsun", - ekspert deyib.

"Bu gün üç əsas neft istehsalçısının - Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın qərarları OPEC siyasətindən daha böyük rol oynayır".

Danila Boçkaryov

"Şərq-Qərb" Beynəlxalq Əməkdaşlıq İnstitutunun Brüssel ofisinin iqtisadi təhlükəsizlik üzrə elmi işçisi Danila Boçkaryov

D.Boçkaryovun sözlərinə görə, görüşdə həmçinin OPEC+ anlaşmasının müddətinin uzadılmasına dair qərar veriləcək: "Bəli, OPEC+, çox güman ki, fəaliyyətini davam etdirəcək. Bu, əsasən, neft bazarının yüksək dəyişkənliyi ilə əlaqədardır, bazar meyllərinin gözlənilməz olması da OPEC+in lehinə olacaq".

Ekspert qeyd edib ki, neft bazarı hələ də OPEC tərəfindən formalaşır, lakin onun rolu artıq mərkəzi deyil, əsas həlledici qüvvə üç regiondur: "Bu gün üç əsas neft istehsalçısının - Rusiya, Səudiyyə Ərəbistanı və ABŞ-ın qərarları OPEC siyasətindən daha böyük rol oynayır. Rusiyanın da daxil olduğu OPEC+ isə dünya neft bazarını sabitləşdirmək üçün yeni alətə çevrilir".

Son xəbərlər

Orphus sistemi