Rusiyalı ekspert: "Günəş panellərindən istifadə üçün Azərbaycanın böyük imkanları var" - MÜSAHİBƏ

Rusiyalı ekspert: "Günəş panellərindən istifadə üçün Azərbaycanın böyük imkanları var" - MÜSAHİBƏ Rusiyanın Arktika Elmlər Akademiyasının bölmə rəhbəri, Şimal-Şərq Federal Universitetinin aparıcı elmi işçisi Violetta Kiuşkina “Report”un Rusiya bürosuna verdiyi müsahibəsində alternativ enerji mənbələri, onların üstünlükləri, qiyməti barədə fikirlərini bildirib.
Energetika
14 Mart , 2020 11:07
Rusiyalı ekspert: Günəş panellərindən istifadə üçün Azərbaycanın böyük imkanları var - MÜSAHİBƏ

Rusiyanın Arktika Elmlər Akademiyasının bölmə rəhbəri, Şimal-Şərq Federal Universitetinin aparıcı elmi işçisi Violetta Kiuşkina “Report”un Rusiya bürosuna verdiyi müsahibəsində alternativ enerji mənbələri, onların üstünlükləri, qiyməti barədə fikirlərini bildirib.

- Alternativ enerji mənbələrinin, o cümlədən günəş panellərinin evlərdə, müəssisələrdə istifadəsi hansı üstünlüklərə malikdir?

- Alternativ, yaxud bərpa olunan enerji mənbələri lazımi təbii ehtiyat və texniki imkanlar olması şərtilə etibarlı enerji təchizatının çətinlik yaratdığı, yaxud çox baha başa gəldiyi bölgələrdə əvəzsiz üstünlüklərə malikdir. Günəş panellərinin mühüm üstün cəhətləri arasında tam ekoloji təmiz olması, uzun istismar müddəti, istismar məsrəflərinin sıfıra yaxın olması və istismarının asanlığı kimi məqamları qeyd edə bilərəm. Bundan əlavə, enerji təchizatı şəbəkələrindən asılılığa son qoyulması ilə ölkə enerji sistemində əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmaqla günəş panelləri fərdi ev və təsərrüfatlar üçün enerji müstəqilliyinin bünövrəsidir və deməli, maddi cəhətdən də əlverişlidir.

google
google

- Günəş panellərini quraşdırmaq asandırmı?

- İstismarı asan olan günəş panellərini düzgün quraşdırmaq və qoşmaq mühüm əhəmiyyət daşıyır. Polikristal panelləri quraşdırmaq asandır, təkkristal (monokristal) panellərin quraşdırılması daha mürəkkəb işdir. Bütövlükdə günəş panelləri quraşdırma yerindən və səthindən asılı olaraq xüsusi tirlərə bərkidilir, əlverişsiz havalara tab gətirmək iqtidarındadır. Hazırda günəş panellərinin quraşdırılması ilə bağlı təlimatlar, ədəbiyyat, videolar əldə etmək çətinlik yaratmır. Günəş panellərini və modulları quraşdıran servis şirkətləri də birbaşa istehsalçı adından xidmətlərini göstərir.

- Bəs həmin avadanlığı almaq və quraşdırmaq neçəyə başa gəlir?

- Avadanlıq və quraşdırma xidmətləri hazırda bahadır. Lakin ekspertlər gələcəkdə həmin qiymətlərin azalacağı qənaətindədirlər. Hərçənd bərpa olunan enerji istehsalı ilə bağlı məsrəflər indidən ənənəvi mənbələrlə eyni səviyyədə, bəzən isə daha azdır. Son 7 il ərzində günəş panelləri texnologiyaları ən tez ucuzlaşandır. Avadanlığı alıb quraşdırmağın məsrəfləri isə konkret hallardan asılıdır. Odur ki, günəş paneli quraşdırmaq qərarı verərkən müxtəlif sistem variantları arasında seçim etmək vacibdir. Çəkiləcək məsrəflərin məbləği panellərin çalışmasına təsir edən amillər, o cümlədən hava və günəş istiliyi göstəricilərindən də xeyli dərəcədə asılıdır. Ona görə də panellərin etibarlı və uzunmüddətli çalışması üçün əlavə avadanlıq da lazım gələ bilər. Fərdi evlərdə istifadə oluna bilən panellər arasında daha qənaətcil olanı silisiumli panellərdir. Həmçinin qiymət baxımdan daha sərfəli olan, tutqun havada belə çalışa bilən polikristal günəş panelləri fərdi evlər üçün əlverişlidir. Daha çox günəşli günlər olan bölgələrdə istifadə etmək üçün daha yüksək iş əmsalına malik monokristal panellər nisbətən bahalıdır. Hazırda Rusiya istehsalı olan günəş panelləri sərfəli qiymətə təklif olunur. Məsələn, “Hevel” şirkətinin yeni tipli panelləri 22 faizlik iş əmsalı ilə fərdi istehlakçıları yüksək gücü və sərfəli qiymətlərilə cəlb etmək iqtidarındadır.

google
google

- Alternativ enerji qurğularını, o cümlədən günəş panellərini ətraf mühitin mühafizəsi baxımdan necə dəyərləndirirsiniz?

- Alternativ enerji mənbələri ətraf mühitə zərər verməməklə yanaşı, karbohidrogen yanacaqlarından asılılıq yaratmır. Bununla belə günəş panellərinin istehsalı, tullantıya getməsi də daxil olmaqla bütün ömür müddətinin ətraf mühitə təsiri ətraflı şəkildə araşdırılmalıdır. Belə ki, günəş panellərinin istifadəsi daha geniş vüsət alınca onların elektron tullantılardakı xüsusi çəkisi də artacaq, bunun ətraf mühitə hansı təsir göstərəcəyi hələlik bəlli deyil. Ona görə də günəş panellərinin istehsalında, işlənmiş günəş panellərinin məhv edilməsində ekoloji təmiz texnologiyaların yaradılması və tətbiqi xüsusi əhəmiyyət daşıyır.

- Günəş panellərinin istifadəsi nə qədər geniş yayılıb?

- Hazırda külək enerjisi ilə yanaşı günəş enerjisi bərpa olunan enerji istehsalında başlıca istiqamətdir. Günəş enerjisi hesabına elektrik enerji istehsalının daha da artacağı gözlənilir. Hazırda fərdi evlər üçün alternativ enerji mənbələri arasında ən çox günəş panellərinə tələbat var.

- Azərbaycanda günəş panellərinin gələcəyi barədə nə deyə bilərsiniz?

- Azərbaycan neft ölkəsi olsa da, bölgənin günəşli olması, günəşli günlərin çoxluğu günəş panellərinin tətbiqi üçün münbit zəmin yaradır. Günəş panellərinin kütləvi şəkildə tətbiqini ilkin olaraq elektrik təchizatında daha çox fasilələr meydana çıxdığı yerlərdən başlamaq məqsədəuyğundur. Bununla yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafına dövlət dəstəyinin olması, elektrik enerjisi ilə bağlı tariflər, konkret hallardakı elektrik enerji təchizatının şaxələndirilməsi imkanları da mühüm amillərdir. “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrinin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin 6 dekabr 2019-cu il tarixli sərəncamının həyata keçirilməsi ilə müxtəlif istehlakçı qrupları üçün alternativ enerji mənbələrinin tətbiqi formaları, konkret mexanizmləri müəyyənləşdirilməlidir.

google
google

Son xəbərlər

Orphus sistemi