“Bulgargaz” şirkətinin yeni rəhbərliyi Azərbaycan ilə danışıqlara xüsusi diqqət ayıracaq”.
“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə energetika üzrə ekspert İvan Xinovskiy şirkətin Direktorlar Şurasının yenilənməsini şərh edərkən bildirib.
“Bulgargaz” şirkətinin yeni rəhbərliyi qaz tədarükü ilə bağlı danışıqlara xüsusi diqqət yetirəcək. “Gazprom export” və Azərbaycan ilə danışıqlar tezliklə baş tutacaq”, - ekspert deyib.
O, mavi yanacağın tədarük qiyməti məsələsinin zəruriliyinə diqqət yetirib: “Birinci ay yeni rəhbərlik üçün çətin keçəcək, amma qazın qiyməti enerji siyasəti ilə bağlı məsələdir. Populizmə yer yoxdur”.
Direktorlar Şurasının yeni sədri İvan Topçinski isə qaz qiymətlərinin optimallaşdırıla biləcəyini, güman edilən qaz qiymətlərinin təhlil ediləcəyini vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə “Bulgargaz” şirkətinin Direktorlar Şurasının üzvləri Nikolay Pavlov, Svetoslav Delçev, Diana Boneva, İliyana Dukova və Nikolay Donçev tutduqları vəzifədən azad ediliblər. Şirkətin yeni rəhbəri vəzifəsinə Lüdmil Yosov, Direktorlar Şurasının sədri vəzifəsinə isə İvan Topçinski təyin olunub.