Əkbər Hacıyev:"Azərbaycanda təbii qazla təchiz edilmiş abonentlərin sayının 3 dəfədən çox artırılması İlham Əliyevin tarixi nailiyyətidir" - MÜSAHİBƏ

Əkbər Hacıyev:"Azərbaycanda təbii qazla təchiz edilmiş abonentlərin sayının 3 dəfədən çox artırılması İlham Əliyevin tarixi nailiyyətidir" - MÜSAHİBƏ Bakı. 9 aprel. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevlə müsahibəni təqdim edir.
Energetika
9 Aprel , 2018 14:10
Əkbər Hacıyev:Azərbaycanda təbii qazla təchiz edilmiş abonentlərin sayının 3 dəfədən çox artırılması İlham Əliyevin tarixi nailiyyətidir - MÜSAHİBƏ

Bakı. 9 aprel. REPORT.AZ/ “Report” İnformasiya Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevlə müsahibəni təqdim edir.

- Əkbər müəllim, bilmək istərdik ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçən son 15 il ölkənin neft-qaz sektoru, xüsusilə də qaz təsərrüfatı üçün hansı uğurlarla yadda qalıb?

- Tale XXI yüzillikdə Azərbaycana İlham Əliyev kimi nadir istedadlı şəxsiyyət, müdrik dövlət xadimi bəxş edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları bütün varlığı ilə Vətənə və xalqa könüldən bağlı olan siyasi xadim, dövlət rəhbəri və vətənpərvər insandır. Müasir tariximizdə Ulu öndər Heydər Əliyevdən sonra Azərbaycanın qazandığı böyük və əzəmətli nailiyyətlər məhz cənab İlham Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Belə ki, Ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən az sonra Respublikamız ictimai, siyasi, iqtisadi həyatında sürətli bir dönüş, dinamik inkişaf və sıçrayışlı tərəqqiyə nail oldu.

Heydər Əliyevin dövlətçilik dühası ilə 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Dünyanın ən böyük neft şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. Azərbaycanın neft-qaz sənayesinin inkişafı üçün milyardlarla dollar sərmayə yatırıldı və bununla da Azərbaycanın sonrakı illərdə misli olmayan inkişafının təməli qoyuldu. Azərbaycanın beynəlxalq imici yüksəldi. Azərbaycan regionun, o cümlədən Avropanın enerji təchizatında, beynəlxalq siyasi və iqtisadi müstəvilərdə mühüm oyunçuya çevrildi. Bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və gələcəyə hesablanmış neft strategiyası məhz onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Aparılmış məqsədyönlü siyasətin nəticəsi olaraq, ümummilli liderimizin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz xətləri istifadəyə verilib, Cənub Qaz Dəhlizi üzrə işlər isə yaxın dövrdə tamamlanaraq ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə töhfə verəcək.

2003-cü ildə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra bütün sahələrdə olduğu kimi, qaz təsərrüfatı sahəsində də böyük nailiyyətlər əldə edildi. İlk növbədə qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi dövründə əhalidən qazla təchiz edilmiş abonentlərin sayı 3 dəfədən çox artaraq 2 mln. 100 mini ötüb. Respublika üzrə ümumi qazlaşdırmanın səviyyəsi 94 faizə çatıb.

Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəyə xarici investorların cəlb edilməsi neft və qaz sənayesinin inkişafına güclü təkan verib. Məhz ümummilli lider yeni neft strategiyası artıq İlham Əliyev cənablarının hakimiyyəti dövründə həm də Xəzərin dərinsulu hissəsində yerləşən nəhəng qaz yataqlarının birgə işlənməsi üçün şərait yaradıb. “Şahdəniz” və “Ümid” kimi yeni yataqların istismara verilməsi 2007-ci ildən etibarən ölkə üzrə qaz hasilatının artımına səbəb olub. Bu imkandan istifadə edərək möhtərəm Prezident İlham Əliyev cənabları ilk növbədə ölkə əhalisinin qazla təchiz edilməsini prioritet müəyyən edib. Beləliklə, hasilatın pay bölgüsü sazişləri əsasında hasil ediləcək təbii qazın bir hissəsi zəmanət əsasında ölkənin daxili tələbatına ayrılıb. Bununla yanaşı, ölkədə qaz şəbəkəsinin genişlənməsi və köhnəlmiş boru xəttlərinin yenilənməsi ilə bağlı genişmiqyaslı tədbirlərə başlanılıb.

Son 15 il ərzində qaz təsərrüfatının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə bir sıra sərəncam və fərmanlar imzalanıb, respublikanın bölgələrində qazlaşması mümkün olan bütün yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tapşırıqlar verilib, bununla da qaz təsərrüfatında canlanma baş verib. Möhtərəm Prezident İlham Əliyev cənablarının Azərbaycanda sosial təminat məsələlərinə göstərdiyi diqqət və qayğısının nəticəsidir ki, bir çox başqa ölkələrdə yaşayış məntəqələrinə və fərdi evlərə qaz xətlərinin çəkilməsi birbaşa istehlakçılar tərəfindən qarşılandığı halda, Azərbaycanda qazlaşdırma proqramı dövlət vəsaiti hesabına maliyyələşdirilir.

İlham Əliyev cənablarının hakimiyyəti dövründə ölkədə yeni kompressor stansiyaları, elektrik stansiyaları, magistral boru kəmərləri inşa edilib, qazsaxlama anbarlarında genişləndirmə işləri aparılıb. Blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının qaz təminatının bərpası üçün 2005-ci ildə dövlət tapşırığına əsasən “Culfa-Naxçıvan” magistral qaz kəməri, Astara Kompressor Stansiyası, İran-Azərbaycan sərhəddində Astara və Culfada müasir avtomatlaşdırılmış dövlətlərarası qazölçmə stansiyaları, Naxçıvan Muxtar Respublikasında yeni daşıyıcı qaz kəmərləri inşa edilib. Bu işlərin nəticəsində 2005-ci ildən başlayaraq Naxçıvan MR-na təbii qazın verilməsinə başlanılıb.

- Son illərdə “Azəriqaz” İB-nin maddi-texniki bazası yenilənibmi?

- Son 15 ildə “Azəriqaz” İB-nin əsaslı maddi-texniki bazası tam yenilənib. Ötən dövrdə Naxçıvan Muxtar Respublikasına verilən təbii qаzın həcminin аrtırılmаsı məqsədi ilə Аstаrа Kоmprеssоr stаnsiyаsının gеnişləndirilməsi və yеni kоmprеssоr аvаdаnlıqlаrının qurаşdırılmаsı işləri, eyni zamanda Siyəzən Kоmprеssоr Stаnsiyаsındа təmir-bərpа və sаzlаmа işləri аpаrılıb. Səngəçаl Bаş Qurğulаrındа “Аzəri-Çırаq-Günəşli” və “Şаhdəniz” yаtаqlаrındаn qəbul еdilən yüksək təzyiqli qаzın müхtəlif istiqаmətlərdə və tехnоlоji rеjimlərdə təhlükəsiz nəqli, həmçinin Qаlmаz yеrаltı qаz аnbаrınа vurulаn qаzın həcminin аrtırılmаsı məqsədilə Qаlmаz yеrаltı qаz аnbаrınа mаgistrаl qаz kəmərləri çəkilib. Məhz bu əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkədə son illərdə aparılmış qazlaşdırma işləri üçün zəmin yaradıb.

- Qazlaşdırma göstəriciləri barədə də məlumat almaq istərdik. Ötən müddətdə təbii qazla təmin edilən məntəqələrin sayı, sayğaclaşma səviyyəsi necə dəyişib? Hazırda ölkədə sayğaclaşma səviyyəsi neçə faizdir?

- 2004-cü ilin 1 yanvar tarixinə kimi ölkə üzrə 450-ə yaxın məntəqə təbii qazla təmin edildiyi halda, 1 aprel 2018-ci il tarixinə qədər 1750-ə yaxın yaşayış məntəqəsində yeni qaz xəttləri çəkilib və ya qaz təminatı bərpa edilib. Bununla da ölkə üzrə təbii qazla təmin edilmiş məntəqələrin sayı təqribən 2200-ə çatdırılıb. 2003-cü il yanvar ayının 1-nə kimi respublika üzrə abunəçilərin yalnız 5,0%-də sayğaclar quraşdırılıb. Hazırda sayğaclaşma səviyyəsi 100% təşkil edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının müvafiq Sərəncamı ilə “Azəriqaz” QSC Dövlət Neft Şirkətinin tərkibinə verildikdən sonra ölkə başçısının tapşırıq və tövsiyyəsinə uyğun olaraq respublikanın mavi yanacaqla təmin edilməsi üçün aparılan yeni qazlaşdırma işləri daha geniş miqyasda həyata keçirilməyə başlayıb ki, bunun da nəticəsi olaraq ən ucqar kənd və qəsəbələr də mavi yanacaqla təmin olunub, qazlaşdırılmış rayon, qəsəbə və kəndlərin sayı ildən ilə artıb.

Regionların qaz təchizatının yaxşılaşdırılması istiqamətində aparılan işlər nəticəsində Neftçala, Hacıqabul və Şаbrаn rayon mərkəzlərinin qaz təchizatı şəbəkəsi tam yenidən qurulub, Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Hacıqabul, Biləsuvar, Qazax, Balakən, Ağdam, Füzuli rayonlarının qazlaşdırılması isə tam başa çatdırılıb.

Uğurla həyata keçirilmiş qazlaşdırılma layihələri şəhər və rayonların, xüsusi ilə də kənd yerlərinin dinamik inkişafına, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Qazlaşdırılma layihələrinin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müstəsna rolu vardır.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev öz yekun nitqində qeyd edib ki, 2018-ci ilin sonuna qədər ölkədə qazlaşdırma səviyyəsi 95 faizə çatdırılmalıdır. Cənab Prezident xüsusi ilə vurğulayıb ki, relyefimiz mürəkkəb olduğuna baxmayaraq, əhalinin qazla təchiz edilməsinə görə ölkəmiz dünya miqyasında qabaqcıl yerdədir.

2003-cü ildə Azərbaycanda fəaliyyətdə olan paylayıcı qaz kəmərlərinin ümumi uzunluğu 8500 km civarında olduğu halda, 2018-ci ilə qədər əlavə 50.000 km-ə yaxın uzunluqda qaz boru kəmərləri inşa edilib. Bu gün Azərbaycanın illik təbii qaz istehlakı 10-11 mlrd. kubmetr civarındadır. Ölkəmiz bu yüksək qazlaşdırma göstəricilərinə çox qısa müddətdə nail olub. Ölkədə təbii qaz təchizatının sürətli artımı ilk növbədə ölkə rəhbərliyinin vaxtında qəbul etdiyi strateji qərarlar və apardığı uzaqgörən siyasətinin nəticəsində mümkün olmuş və möhtərəm Prezident İlham Əliyev cənablarının tarixi missiyasında mühüm yer tutub. Məhz onun rəhbərlik dühası sayəsində son illərdə Azərbaycanın dövlət müstəqilliyi və beynəlxalq mövqeləri möhkəmlənmiş, əhalinin sosial durumu yaxşılaşıb, ölkə iqtisiadiyyatı yüksək templə inkişaf edib, əhalinin qısa müddətdə, fasiləsiz olaraq, elektrik enerjisi ilə təminatında və qazla təchiz olunmasında müsbət dönüş əldə edilib, Azərbaycanın milli ordusu öz güc potensialını nümayiş etdirərək, işğal altında olan torpaqların bir qismini azad edə bilib. Ölkə əhalisinin qısa zamanda qazla təchiz edilməsi, müasir qaz-kimya sənayesinin yaradılması, ümumilikdə əhalidən qazla təchiz olunmuş abonentlərin sayının 3 dəfə artırılması müasir Azərbaycanın uğur salnaməsində mühüm yer tutur və birbaşa İlham Əliyevin adı ilə bağlıdır. Əminəm ki, İlham Əliyev cənablarının müdrik rəhbərliyi, siyasi iradəsi və əzmkarlığı gələcək illərdə də ölkəmizdə davamlı inkişafın əsas dayağı olacaq.

Son xəbərlər

Orphus sistemi