EIA neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib

EIA neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) Brent markalı neftin qiyməti ilə bağlı 2018-ci il üçün proqnozunu 62,39 dollar/barelə yüksəldib.
Energetika
7 Fevral , 2018 17:15
EIA neft qiymətləri ilə bağlı proqnozlarını yeniləyib

Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları İdarəsi (EIA) "Brent" markalı neftin qiyməti ilə bağlı 2018-ci il üçün proqnozunu 62,39 dollar/barelə yüksəldib.

"Report" xəbər verir ki, bu barədə EIA-nın qısamüddətli aylıq proqnoz hesabatında bildirilir. 

2019-cu il üçün isə "Brent" markalı neftin orta qiymət proqnozu 61,51 dollar/barel olaraq müəyyən edilib.

Hesabatda qeyd olunub ki, WTI markalı neft üçün 2018-ci ilin orta qiymət proqnozu 58,28 dollar, 2019-cu il üçün isə 57,51 dollar ehtimal edilir.

EIA həmçinin ABŞ-ın neft hasilatı üzrə 2018-ci il üçün proqnozunu növbəti tarixi rekord hədd - 10,6 mln. barel/günə çatdırıb. Qeyd edək ki, yanvar proqnozunda bu göstərici 10,3 mln. barel/gün təşkil edib. 2019-cu il üçün isə ABŞ-dakı gündəlik neft hasilatı 11,2 mln. barel səviyyəsində proqnozlaşdırılır.

EIA-nın ilkin hesabatına əsasən, 2018-ci ilin yanvarında ABŞ-da neft hasilatı 10,17 mln. barel/gün təşkil edib. Bu isə analoji dekabr göstəricisindən 0,1 mln. barel/gün çoxdur.

Son xəbərlər

Orphus sistemi