Əhalinin qaz istehlakı 13,3% artıb

Əhalinin qaz istehlakı 13,3% artıb Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16,208 mlrd kubmetr təşkil edib.
Energetika
20 Avqust , 2020 13:56
Əhalinin qaz istehlakı 13,3% artıb

Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla, 2020-ci ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 16,208 mlrd kubmetr təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ehtiyatların 85%-i hasilatın, 15%-i qalığın hesabına formalaşıb.

Belə ki, ilin I yarısında qaz hasilatının həcmi 13,777 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,431 mlrd. kubmetr olub.

Ehtiyatların 39,6%-i və ya 6,418 mlrd. kubmetri istehlak edilib. İlin I yarısında 3,2% və ya 518,656 mln kubmetr itki olub. İyul ayının əvvəlinə 16,1% və ya 2,609 mlrd kubmetr isə ehtiyat kimi qalıb.

2020-ci ilin yanvar-iyun aylarında 6 656,2 mln kubmetr və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16% çox təbii qaz ixrac edilib.

Ölkə daxilində istehlak edilmiş təbii qazın 65,6%-i istehsal ehtiyaclarına sərf edilib, 34,4%-i isə əhaliyə satılıb.

Əhali tərəfindən 2 212,7 mln kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,3% çox təbii qaz istehlak edilib. Onun 37%-i Bakı şəhərinin, 3%-i Naxçıvan Muxtar Respublikasının, 16,5%-i Aran, 12,2%-i Gəncə-Qazax, 10,6%-i Abşeron, 6,2%-i Lənkəran, 5,2%-i Şəki-Zaqatala, 4,7%-i Quba-Xaçmaz, 2,6%-i Dağlıq Şirvan, 2%-i isə Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi