Dünyada xam neft ehtiyatları azalıb, qaz ehtiyatları isə artıb

Dünyada xam neft ehtiyatları azalıb, qaz ehtiyatları isə artıb Bakı. 7 iyun. REPORT.AZ/ Dünyada mövcud olan xam neft ehtiyatları azalıb.
Energetika
7 İyun , 2018 17:50
Dünyada xam neft ehtiyatları azalıb, qaz ehtiyatları isə artıb
0 : 00
0 : 00

Bakı. 7 iyun. REPORT.AZ/ Dünyada mövcud olan xam neft ehtiyatları azalıb.

"Report"un məlumatına görə, OPEC-in yaydığı hesabatda bildirilir ki, 2017-ci ildə müvafiq ehtiyatların həcmi 1,483 trilyon barel təşkil edib, bu da 2016-cı illə müqayisədə 0,4% azdır. Bununla belə, dünyada neft ehtiyatları azalsa da, aşkarlanmış qaz ehtiyatları 2016-cı illə müqayisədə 0,2% artıb və 199,4 trilyon kubmetr təşkil edib.

Hesabatda o da qeyd olunur ki, OPEC üzvlərinin aşkar olunan neft ehtiyatları 0,3% azalıb və 1,214 trilyon bareli təşkil edib. Azalmaya baxmayaraq, OPEC üzvlərinin dünya neft ehtiyatlarında olan payı 0,01% artıb və 2017-ci ildə 81,9% təşkil edib.

OPEC həmçinin bildirib ki, ötən il təşkilata üzv olan ölkələrin xam neftin ixracı da azalıb. Belə ki, 2016-cı ildə bu rəqəm sutkada 24,87 milyon barel təşkil edirdisə, ötən il bu göstərici sutkada 406 min barel azalıb.

Neft idxalının əsas payı Asiya və Sakit okeanın payına düşüb (sutkada 15,56 milyon barel). Bundan sonra OPEC ölkələrdən neft idxalını artıran Avropa ölkələri gəlir (sutkada 4,64 milyon barel). Şimali Amerika ölkələri ötən il OPEC-dən sutkada 3,21 milyon barel idxal ediblər.

Son xəbərlər

Orphus sistemi