Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır "Brent" markalı neft 51,27 dollara düşüb
Energetika
11 Mart , 2017 02:54
Dünya bazarlarında neft ucuzlaşır

Bakı. 11 mart. REPORT.AZ/ London və Nyu-York əmtəə birjalarında keçirilən elektron hərraclar zamanı neftin dünya qiymətləri aşağı düşüb.

"Report" xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında WTI markalı yüngül neftin aprel fyuçersləri 1,77 faiz düşərək bir barel üçün 48,41 dollara çatıb.

Londonun "ICE Futures" birjasında "Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 1,76 faiz azalaraq bir barelə görə 51,27 dollara düşüb.

Son xəbərlər

Orphus sistemi