Bakı. 27 yanvar. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,11 dollar yaxud 3,66% bahalaşaraq 31,45 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,30 dollar və ya 4,26% bahalaşaraq 31,80 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 36 dollar/barel olacağı gözlənilir.