Yuxarı

​Dünya bazarında WTI markalı neft 2,36% ucuzlaşıb

Brent markalı neft isə 1,77% ucuzlaşıb

Bakı. 22 oktyabr.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,09 dollar, yaxud 2,36% ucuzlaşaraq 45,20 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,86 dollar və ya 1,77% ucuzlaşaraq 47,85 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 51 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi