Bakı. 15 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 3% yaxud 1,85 dollar ucuzlaşaraq 59,88 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,13% yaxud 0,76 dollar azalaraq 66,70 dollar/barel olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırki vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir.
Neft yenidən ucuzlaşıb
Energetika
15 may 2015
03:16


Rus versiyası
Нефть вновь подешевела
İngilis versiyası
Oil prices decreased
Son xəbərlər
