Bakı. 23 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 3,75 dollar yaxud 12,65% bahalaşaraq 33,39 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,68 dollar və ya 5,06% bahalaşaraq 34,69 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 36 dollar/barel olacağı gözlənilir.