Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb

Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb "Brent"in bir barelinin qiyməti 2,43% artaraq 61,02 dollar olub
Energetika
4 Mart , 2015 09:10
Dünya bazarında neftin qiyməti yenidən bahalaşıb

Bakı. 4 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,84% yaxud 0,93 dollar bahalaşaraq 50,52 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,43% və ya 1,48 dollar bahalaşaraq 61,02 dollara olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 58 dollar/barel olacağı təxmin edilir.

Son xəbərlər

Orphus sistemi