Bakı. 18 aprel.REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti dəyişməz qalaraq 56,71 dollar təşkil edib.
"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent"in qiymətində də dəyişiklik müşahidə olunmayıb. "Brent"in bir barelinin qiyməti 63,98 dollar olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 65 dollar/barel olacağı gözlənilir.