Bakı. 31 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,04 dollar yaxud 0,11% bahalaşaraq 38,32 dollar/barel təşkil edib.
"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,12 dollar və ya 0,31% bahalaşaraq 39,26 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.