Yuxarı

​Dünya bazarında neftin qiyməti 3% bahalaşıb

Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır

Bakı. 3 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,68% yaxud 1,33 dollar artaraq 49,57 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də bahalaşma müşahidə edilib. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,21% və ya 1,76 dollar bahalaşaraq 54,75 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi