​Dünya bazarında neftin bahalaşması davam edir

​Dünya bazarında neftin bahalaşması davam edir "Brent" markalı neftin qiyməti 46,2 dollar/barelə çatıb
Energetika
26 Noyabr , 2015 09:07
​Dünya bazarında neftin bahalaşması davam edir

Bakı. 26 noyabr. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,17 dollar və yaxud 0,40% bahalaşaraq 43,04 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,05 dollar və ya 0,11% bahalaşaraq 46,17 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 49 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi