​Dünya bazarında neft yenidən bahalaşıb

​Dünya bazarında neft yenidən bahalaşıb "Brent" markalı neftin qiyməti 62,7 dollar/bareli keçib
Energetika
10 İyun , 2015 08:13
​Dünya bazarında neft yenidən bahalaşıb

Bakı. 10 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,00 dollar yaxud 3,44% bahalaşaraq 58,14 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 3,46%, yaxud 2,17 dollar irəliləyərək 62,71 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 68 dollar/barel olacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi