Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb "Brent" markalı neftin qiyməti 60 dollar/barelə düşüb
Energetika
4 İyul , 2015 09:41
Neft kəskin ucuzlaşıb

Bakı. 4 iyul. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,41 dollar və ya 2,48% ucuzlaşaraq 55,52 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 2,82% yaxud 1,75 dollar geriləyərək 60,32 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 63 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi