Neft cüzi ucuzlaşıb

Neft cüzi ucuzlaşıb "Brent" markalı neftin qiyməti 34,28 dollar/barelə düşüb
Energetika
19 Fevral , 2016 09:16
Neft cüzi ucuzlaşıb

Bakı. 19 fevral. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 0,04 dollar yaxud 0,13% ucuzlaşaraq 30,77 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 0,20 dollar və ya 0,58% ucuzlaşaraq 34,28 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı il üzrə neftin orta qiymətinin 35 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi