Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb "Brent" markalı neftin qiyməti 43,21 dollar/barelə yüksəlib
Energetika
257
26 Avqust , 2015 09:11
Dünya bazarında neft bahalaşıb

Bakı. 26 avqust. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,07 dollar və ya 2,80% bahalaşaraq 39,31 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,22% yaxud 0,52 dollar artaraq 43,21 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 44 dollar/barel olacağı gözlənilir.

İngilis versiyası World oil prices up today

Son xəbərlər

Orphus sistemi