Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb "Brent"in bir barelinin qiyməti 3,5% bahalaşaraq 57,1 dollara çatıb
Energetika
2 Aprel , 2015 09:19
Dünya bazarında neft bahalaşıb

Bakı. 2 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 4,97% yaxud 2,49 dollar bahalaşaraq 50,09 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də artım müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 3,49% və ya 1,99 dollar bahalaşaraq 57,10 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir.