Yuxarı

Dünya bazarında neft 6%-dən çox bahalaşıb

Brent markalı neft 41,94 dollar/barelə bərabər olub

Bakı. 9 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 2,46 dollar yaxud 6,60% bahalaşaraq 39,72 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 2,51 dollar və ya 6,37% bahalaşaraq 41,94 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 45 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi