Yuxarı

Dünya bazarında neft 5%-dən çox bahalaşıb

Brent markalı neftin qiyməti 40 dollar/barelə çatıb

Bakı. 7 aprel. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,86 dollar yaxud 5,18% bahalaşaraq 37,75 dollar/barel təşkil edib.

"Report"un məlumatına görə, "Brent" markalı neft isə 1,97 dollar və ya 5,20% bahalaşaraq 39,84 dollar/barelə bərabər olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2016-cı ildə neftin orta qiymətinin 43 dollar/barel olacağı gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi