Yuxarı
    Bağlamaq

    ​Dünya bazarında "Brent" markalı neft ucuzlaşıb

    Xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı gözlənilir

    Bakı. 10 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,78% yaxud 0,39 dollar bahalaşaraq 50,00 dollar təşkil edib.

    "Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 2,05% və ya 1,20 dollar ucuzlaşaraq 58,53 dollara olub.

    Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı təxmin edilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi