​Dünya bazarında "Brent" markalı neft 5% ucuzlaşıb

​Dünya bazarında "Brent" markalı neft 5% ucuzlaşıb WTI markalı xam neftin qiyməti isə 49,6 dollar/barelə düşüb
Energetika
3 Mart , 2015 09:14

Bakı. 3 mart. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,34% yaxud 0,17 dollar ucuzlaşaraq 49,59 dollar təşkil edib.

"Report"un verdiyi xəbərə görə, birjalarda "Brent" markalı xam neftin qiymətində də azalma müşahidə olunub. Belə ki, "Brent"in bir barelinin qiyməti 5,11% və ya 3,04 dollar ucuzlaşaraq 59,54 dollara düşüb.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi