Azərbaycan nefti 40 dollardan aşağı düşüb

Azərbaycan nefti 40 dollardan aşağı düşüb "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 5% enib
Energetika
4 Aprel , 2016 08:14
Azərbaycan nefti 40 dollardan aşağı düşüb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,07 dollar yaxud 5,01% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 39,22 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi