​Dünya bazarında Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb

​Dünya bazarında Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb Hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,21 dollara bərabərdir
Energetika
14 Oktyabr , 2015 09:46
​Dünya bazarında Azərbaycan nefti 2 dollara qədər ucuzlaşıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,78 dollar yaxud 3,30% ucuzlaşıb.

"Report" xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,21 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi