Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.
“Report” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına enib.
Neftin qiyməti tarixdə ilk dəfə olaraq mənfiyə düşüb. ABŞ neftinin bu həddə ucuzlaşmasının səbəbi anbarların dolması və şirkətlərin artıq həcmləri saxlaya bilməməsidir.
*** 22:29
Dünya bazarında Birləşmiş Ştatların nefti olan Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti 1 ABŞ sentinə düşüb.
“Report” xəbər verir ki, ümumilikdə son saatlarda 99% geriləyib.
“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.