​Dünya bazarında neft yenidən ucuzlaşıb

​Dünya bazarında neft yenidən ucuzlaşıb "Brent" markalı neftin qiyməti 65,4 dollar/barelə düşüb
Energetika
25 May , 2015 08:15
​Dünya bazarında neft yenidən ucuzlaşıb

Bakı. 25 may. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1 dollar yaxud 1,65% ucuzlaşaraq 59,72 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,76% yaxud 1,17 dollar geriləyərək 65,38 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 67 dollar/barel olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi