“Drujba” neft kəmərinin ikinci xəttində təzyiq aşağı düşüb.
“Report” xəbər verir ki, bu barədə Almaniyanın “dpa” agentliyi Brandenburq İqtisadiyyat Nazirliyinə istinadən məlumat yayıb.
“Drujba” kəmərində, xüsusən də ikinci xəttəki təzyiqdə azalma var”, - Brandenburq İqtisadiyyat Nazirliyinin rəhbəri Yorq Ştaynbaxın bildirib.
Onun sözlərinə görə, qəzanın səbəbləri hələlik məlum deyil, araşdırma aparılır.
Bu arada, Serbiyanın energetika naziri Zoran Mixayloviç deyib ki, “Drujba” neft kəmərində baş verən insident və Rusiya neftinin tədarükü ilə bağlı digər problemlər “Şimal axını” təbii qaz kəmərlərində baş verən hadisələrin davamı kimi görünür.
“Drujba” kəmərində neft sızıntısı bir neçə saat davam edəcək.
“Report” xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğın Mühafizəsinin nümayəndəsi Karol Kejkovskiy məlumat verib.
O bildirib ki, yaxın saatlarda sızıntı azala bilər.
Zədələnmiş xətlə neftin vurulması artıq dayandırılıb və həmin xətdə təzyiq də azalır.
“Drujba” neft kəmərinin Polşadan keçən hissəsində sızıntı baş verib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə kəmərinin Polşadan keçən hissəsinin operatoru PERN məlumat yayıb.
Bildirilib ki, ötən gün Plotskdan 70 kilometr məsafədə yerləşən “Drujba” boru kəmərinin iki xəttindən birində sızıntı baş verib. Lakin bunun səbəbi məlum deyil. Kəmərin bu hissəsi vasitəsilə Almaniya neft nəql olunur.
Xatırladaq ki, kəmərin ötürücülük qabiliyyəti ildə 16,7 milyon ton neft təşkil edir.
Neft kəmərinin marşrutu Samaradan Bryanska, oradan isə Mozıra qədər uzanır, daha sonra o, 2 hissəyə bölünür: şimal (Belarus, Polşa, Almaniya, Latviya və Litva) və cənub (Ukrayna, Çexiya, Slovakiya, Macarıstan və Xorvatiya).