Yuxarı

Dövlət Neft Fondu banklara 50 mln. dollar satıb

Bu vəsait 13 kommersiya bankına satılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 13 kommersiya bankına satılıb.

Bu barədə "Report"a Fonddan məlumat verilib. 

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə ARDNF-dən bildirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi