Dövlət Departamenti: ABŞ neft hasilatının səviyyəsinin dondurulması ideyasına isti yanaşmır

Dövlət Departamenti: ABŞ neft hasilatının səviyyəsinin dondurulması ideyasına isti yanaşmır Hokstayn: "ABŞ hökuməti həm neft istehsalçıları, həm də istehlakçıları ilə daimi qarşılıqlı əlaqədədir"
Energetika
24 Fevral , 2016 11:26
Dövlət Departamenti: ABŞ neft hasilatının səviyyəsinin dondurulması ideyasına isti yanaşmır

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ hökuməti neft hasilatının səviyyəsinin dondurulması ideyasına isti yanaşmır. Birləşmiş Ştatlar neft bazarının özü-özünü tənzimləməli olduğunu düşünür.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin energetika sahəsində beynəlxalq əlaqələr üzrə xüsusi müşaviri Amos Hokstayn məlumat verib.

O, eyni zamanda ABŞ hökumətinin həm neft istehsalçıları, həm də istehlakçıları ilə daimi qarşılıqlı əlaqədə olduğunu söyləyib.

"Biz dünya üzrə bütün dostlarımızla - həm neft istehsalçıları, həm də istehlakçılarla müzakirələr aparırıq. İstənilən halda, hesab etmirik ki, hökumət məsələyə müdaxilə edib süni tənzimləmə həyata keçirməlidir. Axı kimin nə qədər neft hasil edib, nə qədər ixrac edəcəyinə qərar verə bilmərik", - deyə A.Hokstayn IHS CERAWeek çərçivəsində bildirib.

Son xəbərlər

Orphus sistemi