Dövlət Agentliyi: Bərpa olunan enerji mənbələrindən istifadə yeni iş yerlərinin açılmasına zəmin yaradır

Dövlət Agentliyi: Bərpa olunan enerji mənbələrindən istifadə yeni iş yerlərinin açılmasına zəmin yaradır Bakı. 26 oktyabr. REPORT.AZ Azərbaycan 2020-ci ilə kimi imkan gücü 10 faizə qədər bərpa olunan enerji mənbələrinin dövriyyəyə daxil edilməsini nəzərdə tutur. Əsas hədəf 2025-2030-cu ilə kimi isə bunun iki-üç dəfə artırılmasıdır.
Energetika
26 Oktyabr , 2018 17:55
Dövlət Agentliyi: Bərpa olunan enerji mənbələrindən istifadə yeni iş yerlərinin açılmasına zəmin yaradır
0 : 00
0 : 00

Bakı. 26 oktyabr. REPORT.AZ "Azərbaycan 2020-ci ilə kimi imkan gücü 10 faizə qədər bərpa olunan enerji mənbələrinin dövriyyəyə daxil edilməsini nəzərdə tutur. Əsas hədəf 2025-2030-cu ilə kimi isə bunun iki-üç dəfə artırılmasıdır".

"Report" xəbər verir ki, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli Dayanıqlı İnkişafa Dair Bakı Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bunun nəticəsində Azərbaycan 2030-ci ildə 8 milyard kilovat saat təmiz bərpa olunan enerji mənbələrindən enerji əldə etməklə yanaşı, orta hesabla 3,2 milyard kubmetr təbii qaza qənaət etmiş olacaq: "Eyni zamanda atmosferə atılan karbon emissiyalarının miqdarını 2 milyon ton azalmasına nail olacağıq".

N.Yusifbəyli qeyd edib ki, Azərbaycan ölçülə bilən indekatorlar üzrə müəyyən müsbət nəticələrə nail olub: "Ölkəmiz ətraf mühitə atılan zərərli tullantıların 2030-cu ilə qədər 35 faiz səviyyəsinə salınmasını könüllü hədəf kimi müəyyən edib. Azərbaycan 90-cı illərə nisbətdə adambaşına düşən karbon tullantılarının miqdarının 2 dəfə azaldılmasına nail olub. Bu göstərici inkişaf etmiş Avropa ölkələrinin göstəricilərinə yaxındı. Azərbaycan enerji müəssisələri tərəfindən atmosferə atılan tullantıların miqdarı 2013-2017-ci illər ərzində 4 dəfə azaldıb".

Sədr müavini vurğulayıb ki, ətraf mühitin qorunmasında, o cümlədən təbii fəlakətlərin, təhlükəsizliyin və iqlim dəyişmələri ilə bağlı hadisələrin qarşısının alınmasında bərpa olunan enerji mənbələri əsas vasitələrdən biri hesab olunur: "Dünya təcrübəsi göstərir ki, bu mənbələrin istifadəsi yeni iş yerlərinin açılmasına zəmin yaradır". 

Son xəbərlər

Orphus sistemi