Dörd ayda Azərbaycanın qaz ixracından gəliri 24% artıb

Dörd ayda Azərbaycanın qaz ixracından gəliri 24% artıb Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 1 893 203,57 min kubmetr həcmində təbii qaz ixrac edib.
Energetika
16 May , 2018 10:41
Dörd ayda Azərbaycanın qaz ixracından gəliri 24% artıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 1 893 203,57 min kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına istinadən verdiyi xəbərə görə, ixrac olunan təbii qazın dəyəri 342 922,61 min ABŞ dolları olub.

İlin 4 ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 11%, dəyəri isə 24% artıb.

Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 6,07% təşkil edib.

Son xəbərlər

Orphus sistemi