DESFA-nın TAP-a qoşulacağı vaxt məlum oldu

DESFA-nın TAP-a qoşulacağı vaxt məlum oldu DESFA Aleksandropolis LNG layihəsinin 20%-lik hissəyə sahib olmaq niyyətindədir
Energetika
8 Sentyabr , 2020 16:40
DESFA-nın TAP-a qoşulacağı vaxt məlum oldu

İtaliyanın “Snam A.G.” şirkətinin 66% paya sahib olduğu Yunanıstanın qazpaylayıcı şəbəkəsinin dövlət operatoru olan DESFA ölkənin Şimalındakı LNG terminalında pay almaqda maraqlıdır.

 “Report”un “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə şirkətdəki mənbə məlumat verib.

Mənbənin məlumatına görə, DESFA Aleksandropolis LNG layihəsinin 20%-lik hissəyə sahib olmaq niyyətindədir. Hansı ki, bu layihə 2023-cü ildən işə düşəcək.

Qeyd edək ki, bu ayın əvvəlində Yunanıstanın xəbər saytı olan “Energypress” DESFA-nın həmin layihəyə daxil ola biləcəyini qeyd etmişdi.

“Uzən terminal Avropa Komissiyasının ümumi maraqlar layihəsinə uyğun gəlir və onun illik həcmi 6 mlrd kubmetr, dəyəri isə 380 mln avro və ya yaxud 448 mln ABŞ dolları təşkil edəcək”, - deyə mənbə qeyd edir..

Yunan suları Türkiyə sərhədlərinə yaxındır və bu, ərazidə olan başqa boru kəmərləri sistemlərindən qidalanmağa şərait yaradacaq. Həmçinin buraya Trans-Adriatik Boru Kəməri (TAP) da daxildir.

Mənbə bildirib ki, bu, “Snam”ın LNG sahəsində fəaliyyətini genişləndirilməsi planına uyğundur.

Qeyd edək ki, “Snam” TAP-da 20%-lik paya malikdir.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub. Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Qeyd edək ki, Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu boru kəmərinə (TANAP) qoşulan TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq. 2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Onun təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilib. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1 800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Son xəbərlər

Orphus sistemi