DEPA ilin sonuna kimi TAP vasitəsilə Azərbaycan qazı almağa başlayacaq

DEPA ilin sonuna kimi TAP vasitəsilə Azərbaycan qazı almağa başlayacaq Enerji naziri: "Bu boru kəməri ilə Yunanıstanın Cənub-Şərqi Avropada alternativ təbii qaz mənbələrinin nəqli üçün ən vacib tranzit mərkəzinə çevrilir"
Energetika
565
10 Dekabr , 2020 16:00
DEPA ilin sonuna kimi TAP vasitəsilə Azərbaycan qazı almağa başlayacaq

Yunanıstanın milli təbii qaz təchizatçısı olan DEPA şirkəti ilin sonuna kimi Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz almağa başlayacaq.

“Report”un məlumatına görə, bunu “Euroaktiv” nəşrinə Yunanıstanın ətraf mühit və enerji naziri Kostis Hatzidakis bildirib.

O TAP-ın faəliyyətə başlamasını alqışlayıb: “Biz "Şahdəniz” yatağından ilin sonuna qədər mövcud qaz təchizatı müqaviləsi çərçivəsində ticari həcmlərdə qazın Yunanıstan bazarına, xüsusən də DEPA-ya çatdırılmasını səbirsizliklə gözləyirik”.

O qeyd edib ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) və Aleksandroupolisdəki sıxılmış təbii qaz (LNG) terminalı kimi digər layihələrlə birləşdirilən bu boru kəməri ilə Yunanıstanın Cənub-Şərqi Avropada alternativ təbii qaz mənbələrinin nəqli üçün ən vacib tranzit mərkəzinə çevrilir.

Xatırladaq ki, bu günlərdə Yunanıstanın Saloniki şəhərində tikinti işlərinin başlamasından 4 il yarım sonra, 878 kilometrlik qaz nəqliyyat sistemi - TAP Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçərək kommersiya əməliyyatlarına başlayıb. Peşəkarlardan ibarət çoxmilli sənaye komandası enerji infrastrukturunun bu strateji hissəsini vaxtında və etibarlı şəkildə təhvil vermək üçün çətin şəraitdə səylə və effektiv çalışıb.

TAP Cənub Qaz Dəhlizinin Avropa qolu, Azərbaycandan Avropa bazarlarına 10 milyard kubmetr yeni qaz tədarükünü həyata keçirəcək qovşaq layihəsidir. Kəmər keyfiyyət, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi