Yuxarı
    Bağlamaq

    Denis Lemarşal: "Son bir neçə ildə neftin hasilat məsrəfləri 5 dəfə artıb"

    Total şirkətinin Azərbaycan üzrə icraçı direktoru: Bu səbəbdən əsas sənaye yanaşmamız xərclərin tənzimlənməsi ilə bağlıdır

    Bakı. 4 noyabr. REPORT.AZ/ Son bir neçə ildə neftin hasilat xərcləri bir barel hesabı ilə 5 dəfəyə qədər artıb. "Report" xəbər verir ki, bunu "SPE Annual Caspian Technical Conference and Exibition" konfrans-sərgisində çıxış edən "Total" şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal deyib.

    D.Lemarşal bu xərclərin artmasının bir neçə səbəbi olduğunu deyib: "Xərclərin artmasına inflyasiya, ekoloji məsələlər, texniki təhlükəsizlik və başqa amillər təsir edir. Məhz buna görə də 2014-cü ildən başlayaraq əsas sənaye yanaşmamız xərclərin tənzimlənməsi ilə bağlıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi