Daşkəsəndə 284 evə qaz verilib

Daşkəsəndə 284 evə qaz verilib Bu gün Daşkəsən rayonunda 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə mavi yanacağın verilməsi təmin olunub.
Energetika
24 Dekabr , 2019 16:42
Daşkəsəndə 284 evə qaz verilib

Bu gün Daşkəsən rayonunda 3 qəsəbədə ümumilikdə 284 fərdi yaşayış evinə mavi yanacağın verilməsi təmin olunub.

“Report”un “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi xəbərə görə, bu münasibətlə Quşçu Körpüsü qəsəbəsində təşkil olunan tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, İstehsalat Birliyinin Şəmkir Regional Qaz İstismarı İdarəsinin rəhbərliyi, sakinlər və qaz təsərrüfatının işçiləri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, bu il bölgələrdə qazlaşdırma işlərinin sürətləndirilməsinə dair icra edilən dövlət proqramı çərçivəsində rayonun Daşkəsən qəsəbəsində 103, Quşçu Körpüsü qəsəbəsində 82 və Quşçu qəsəbəsində 99 fərdi yaşayış evinə təbii qaz verilib.

Məlumat üçün bildiririk ki, hər 3 qəsəbədə layihə-smeta sənədlərinə əsasən, “Tikinti norma və qaydaları”nın tələblərinə uyğun olaraq, birpilləli sistem əsasında ümumilikdə 14 170.59 m uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Evlərdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi