Damian Krneviç: “Aİ strateji ambisiyalarının reallaşdırılmasında Azərbaycanın əhəmiyyətini qəbul edir”

Damian Krneviç: “Aİ strateji ambisiyalarının reallaşdırılmasında Azərbaycanın əhəmiyyətini qəbul edir” “Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlıq həm təbii qaz tədarükünün artırılması, həm də növbəti illər və onilliklər üçün bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından daha da dərinləşir”.
Energetika
18 May , 2023 14:59
Damian Krneviç: “Aİ strateji ambisiyalarının reallaşdırılmasında Azərbaycanın əhəmiyyətini qəbul edir”

“Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində strateji tərəfdaşlıq həm təbii qaz tədarükünün artırılması, həm də növbəti illər və onilliklər üçün bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından daha da dərinləşir”.

Bunu “Report”a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

“Bəs Azərbaycan və Ermənistan arasında sülh prosesi kontekstində enerji əməkdaşlığı nə üçün vacibdir? Çünki bu, onu göstərir ki, Aİ Qərbin strateji ambisiyalarının həyata keçirilməsində Azərbaycanın əvəzolunmaz ölkə olmasını daha yaxşı anlayır”, - o bildirib.

Politoloq xatırladıb ki, Prezident İlham Əliyevlə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç arasında görüş Aİ-Azərbaycan enerji dialoqu çərçivəsində Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasındakı görüşdən iki həftə sonra baş tutub: “Hesab edirəm ki, o görüş də çox yaxşı keçib”.

Onun sözlərinə görə, enerji sahəsində strateji tərəfdaşlıq Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesində vasitəçi rolunda konstruktiv şəkildə neytral qalmasına zəmanət verir: “Bu, Aİ-də xüsusən də Fransadakı erməni diasporu kimi “spoyler”lərin təsirini aradan qaldırır”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin dəvəti ilə mayın 13-də Belçikada işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət başçısı Brüsseldə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi