Yuxarı

​Azərbaycanda yanacağın qiyməti endirilib

SOCAR “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətini aşağı salıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətini endirib. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib. 

SOCAR tərəfindən “Super” və “Premium” markalı yanacaqların pərakəndə satış qiymətinə yenidən baxılıb və 13 yanvar 2015 ci il tarixindən həmin yanacaq növlərinin 1 litrinin pərakəndə satış qiyməti müvafiq olaraq “Super” üçün 1 manat 7 qəpikdən 1 manat 5 qəpiyə, “Premium” üçün 95 qəpikdən 93 qəpiyə endirilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, yanacağın hər litrinin qiymətinə 2 qəpik yol vergisi əlavə edilib, 13 yanvar 2015-ci il tarixindən “Super” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti 1 manat 7 qəpik, “Premium” markalı yanacağın 1 litrinin pərakəndə satış qiyməti isə 95 qəpik olaraq müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi