Çinin şimalında böyük qaz yatağı aşkarlanıb

Çinin şimalında böyük qaz yatağı aşkarlanıb Yatağın ehtiyatları 546 mlrd. kubmetr həcmində qiymətləndirilir
Energetika
24 Avqust , 2017 17:06
Çinin şimalında böyük qaz yatağı aşkarlanıb

Bakı. 24 avqust. REPORT.AZ/ Çinin şimal hissəsində yerləşən Şansi əyalətində böyük qaz yatağı aşkar edilib. “Report”un “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, yatağın ehtiyatları 545,6 mlrd. kubmetr həcmində qiymətləndirilir.

Bu əyalət kömür ehtiyatına görə Çində ikinci yeri tutur. 2006-cı ildə bu ərazidə nəhəng kömür yatağı aşkar edilib. Sonrakı kəşfiyyat işləri orada böyük həcmdə qaz ehtiyatları olduğunu da göstərib. Torpaq və təbii ehtiyatlar üzrə əyalət hökumətinin müavini Çjou Tszipenin sözlərinə görə, 2015-ci ildə kəşfiyyat işlərinin başlanmasından sonra ekspertlər kömür seqmentlərindəki qaz ehtiyatlarının 241,5 mlrd. kubmetr, şist qazının isə 304,1 mlrd. kubmetr olduğu qənaətinə gəliblər.

Şansi əyalətinin hökuməti qaz kəşfiyyat işlərini artırır, eyni zamanda kirliliyin səviyyəsinin aşağı salınması üçün hasilatı azaldır.

Son xəbərlər

Orphus sistemi