Çinin CEFC şirkəti "Rosneft"də pay alıb

Energetika
  • 09 sentyabr, 2017
  • 09:01
Çinin CEFC şirkəti Rosneftdə pay alıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Qətərin QIA dövlət fondu və İsveçrənin "Glencore" xammal treydinq şirkətindən ibarət konsorsium "Rosneft" şirkətindəki 14,2%-lik iştirak payını Çinin CEFC şirkətinə satıb.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə açıqlamanı "Rossiya24" telekanalına şirkətin rəhbəri İqor Seçin verib. İ.Seçin bildirib ki, satışa səbəb avronun dollarla müqayisədə bahalaşması fonunda konsorsiumun kredit yükünün artması amili olub.

CEFC öz növbəsində bildirib ki, "Rosneft"in 14,2% səhmlərini 9,1 mlrd. ABŞ. dollarına alıb.

Alqı-satqının ABŞ tərəfindən Rusiyaya tətbiq edilən yeni sanksiyalar fonunda baş verdiyi bildirilir. Belə ki, sanksiyalar "Glencore" kimi nəhəng şirkətləri "Rosneft" kimi Rusiya şirkətləri ilə əməkdaşlığına mane olub. Həmçinin, İtaliyanın "Intesa Sanpaolo" bankının konsorsiuma "Rosneft"in səhmlərinin alınması üçün 5,2 mlrd. avro sindikatlaşdırılmış kredit verməsinə sanksiyalar səbəbindən problemlər yaradıb.

Qeyd edək ki, QIA və "Glencore" "Rosneft"in 19,5% səhmlərini 10,5 mlrd. avroya alıb. "Glencore"dan verilən məlumata görə, CEFC-a satışdan sonra onda "Rosneft"də İsveçrə şirkətinin 0,5%, Qətər fondunun isə 4,7%-lik iştirak payı qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti