"Chevron"un ən bahalı LNG terminalında nasazlıq yaranıb

"Chevron"un ən bahalı LNG terminalında nasazlıq yaranıb Zavodda olan iki istehsalat xəttindən biri dayanıb
Energetika
3 Dekabr , 2016 11:01
Chevronun ən bahalı LNG terminalında nasazlıq yaranıb

Bakı. 3 dekabr. REPORT.AZ/ "Chevron" korporasiyası müasir dövrün ən bahalı LNG layihəsi sayılan "Gorgon" qazın mayeləşdirilməsi üzrə zavodunda (Avstraliya) problemlərlə üzləşıb.

"Report" "NefteRınok" nəşrinə istinadən xəbər verir ki, zavodda olan iki istehsalat xəttindən biri dayanıb.

İnsident 1 saylı xəttin cari texniki yoxlamadan sonra istismara verilməsindən bir həftə sonra baş verib. "Chevron"un rəsmi nümayəndəsinin sözlərinə görə, bu yaxınlarda həyata keçirilən düzəlişlərin qiymətləndirilməsi məqsədi ilə istehsalat müvəqqəti dayandırılıb.

Bu, "Gorgon" zavodunda baş verən ilk insident deyil. İlin əvvəlindən zavodda bir neçə ciddi qəza baş verib ki, onların nəticəsində məhz 1 saylı xəttə istehsalat dayandırılıb.

Xatırladaq ki, "Gorgon" layihəsinin həyata keçirilməsinə şirkət rekord həcmdə vəsait – 54 mlrd dollar xərcləyib. İstehsalat rəsmi olaraq 1 il əvvəl başlanılıb, lakin indiyə qədər terminal yalnız bir neçə LNG tankerini yükləyə bilib. 

Son xəbərlər

Orphus sistemi