Çexiya Azərbaycandan neft idxalını 4 %-ə yaxın artırıb

Energetika
  • 19 avqust, 2024
  • 12:00
Çexiya Azərbaycandan neft idxalını 4 %-ə yaxın artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Çexiyaya 941 min 737,86 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 597 milyon 150,36 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Çexiyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,9 %, dəyəri isə 13,8 % çoxdur.

Çexiyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 6,41 % olub.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyon 696 min 092,26 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib. Ötən 7 ay ərzində Azərbaycandan ixrac edilən xam neftin dəyəri 9 milyard 225 milyon 936,20 min ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti